RegionTV.info
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.
Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili hazırda 1 saylı Kliniki Xəstəxanada əməliyyata alınıb.
Bu barədə millət vəkilinin həyat yoldaşı Zülfiyyə xanım məlumat verdi. Onun sözlərinə görə, F.Mustafanın həyatı üçün təhlükə yoxdur:
"Fazil bəyin həyatı üçün təhlükə yoxdur. Hazırda polislər evimizin videokameralarını incələyirlər".