Türkiyəli müğənni Bahadır Tatlıöz İstanbuldan qaçıb.
RegionTV.info xəbər verir ki, bu barədə müğənni özü bildirib.
Hazırda həyat yoldaşı Yasemin Tatlıözlə Bodrumda yaşayan ifaçı duyğularını belə ifadə edib:
"İstanbuldan qaçdım. Bəli, düz eşitdiniz, birbaşa qaçdım. Çünki həssasam. Sonu olmayacaq bir şey mənə çox pis təsir edir. İstanbul kədərli və zəif insanlara qarşı qəddardır. Küçələrdə gördüyüm fikirli insanlar mənə pis təsir edirdi. Əlbəttə mən də onlardan biri idim. Bəlkə də şəhərin günahı yoxdur. Hər şeyi edən biz insanlarıq".
Bahadır Tatlıöz hazırda Bodrumda lüks villada yaşadığı evin dənizə yaxın olduğunu deyib.