Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oqtay Əliyevin öldüyü qəzada xəsarət alan Xalq artistinin son durumu: “DTX-nin hospitalındadır”

Əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev Xalq artisti Mehriban Zəkinin səhhətindən danışıb.

RegionTV.info-nun məlumatına görə, Vüsal Murtuzəliyev deyib ki, o, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Hospitalındadır:

“Mehriban Zəkini xəstəxanada ziyarət edirik, tez-tez danışırıq. İnşallah, yavaş-yavaş düzələcək. Xəstəxanadan nə zaman çıxacağı bilinmir. Hələ müalicələri davam edir. Qolunda və qabırğasında çat var”.

O, bacısı Dilarə Əliyeva barədə belə deyib: “Toparlanmağa, özünə gəlməyə çalışır”.

Vüsal Murtuzəliyev qəza zamanı dünyasını dəyişən Oqtay Əliyevin ölüm səbəbinin araşdırılmasından da danışıb:

“Hələ analizlərin cavabı məlum deyil. Yaxın günlərdə bilinəcək”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də