Portuqaliyanın paytaxtı Lissabonda İsmaili dini mərkəzinə bıçaqlı şəxsin hücumu nəticəsində azı 2 nəfər ölüb.
RegionTV.info xəbər verir ki, bu barədə "CNN Portugal" telekanalının yaydığı məlumatda bildirilir.
"Lissabondakı İsmaili mərkəzində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində 2 nəfər ölüb", - deyə telekanal bildirib.
Qeyd olunub ki, hücumu törədən və milliyəti əfqanıstanlı olduğu güman edilən şəxs hadisə yerində zərərsizləşdirilib.
Cinayətin təfərrüatları məlum deyil.