Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İrandan Azərbaycana gətirilən 5 ton bibər yararsız çıxıb

RegionTV.info

İrandan Azərbaycana gətirilən 5 ton bibər yararsız çıxıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İrandan idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də