Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rüşvətə təhrik edən FHN-in əməkdaşına hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı İsa Heydərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

RegionTV.info   xəbər verir ki, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 9000 manat cərimə cəzası təyin edilib. İsa Heydərovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunub.

İttihama görə, İsa Heydərov öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edib.

Belə ki, o, 19 dekabr 2012-ci il tarixdən 21 iyul 2017-ci il tarixədək FHN-in Naftalan Rayon Hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni, 21 iyul 2017-ci il tarixdə Naftalan Şəhər Hissəsinin yanğınsöndürmə növbəsinin böyük yanğınsöndürəni vəzifəsinə təyin edilib. İsa Heydərov həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq onlara qarşı dələduzluq edib.

İsa Heydərov məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ilin yanvar ayında Goranboy rayon sakini Qalib Məmmədovdan (şərti) FHN-in Goranboy Rayon Hissəsinə işə düzəltmək müqabilində 11 000 manat, həmin ayda Goranboy rayon sakini Vahid Həsənovdan (şərti) nazirliyin Goranboy Rayon Hissəsinə işə düzəltmək müqabilində 13 000 manat və həmin ayda Gəncə şəhər sakini Real Quliyevdən (şərti) qohumunu FHN-in Gəncə Şəhər Hissəsinə işə düzəltmək müqabilində 13 000 manat pulu şəxsən özü istəyərək alıb. Həmin şəxslərlə onu iş yoldaşı tanış etdiyini söyləyib.

Təqsirləndirilən şəxs zərərçəkənlərə dəymiş ziyanı ödədiyini, onlarla barışdığını deyib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də