Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

11 yaşlı uşağın əllərini bağladılar, kafeyə olan basqının detalları - VİDEO

Kafeyə basqın olub, sahibi və azyaşlı övladı döyülüb.

RegionTV.info   xəbər verir ki, 11 yaşlı uşağın əllərini yapışqan lentlə bağlayıb, atasından pul tələb ediblər.

Ağır cinayət bir neçə gün əvvəl gecə saatlarında paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsindəki kafelərdən birində baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kafenin sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmidə stula bağlanılaraq bıçaqla hədələnib 200 min manat verilməsinin tələb olunduğu və sonradan 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyevi saxlayıblar.

Kafenin sahibi Ruslan Əliyev üzünün görünməsini istəməyib, amma bütün olanları ''Xəzər Xəbər''ə danışıb.

Faktla bağlı hər iki şəxs barəsində ''hədə-qorxu ilə tələb etmə'' maddəsi ilə cinayət işi başlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də