17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
RegionTV.info xəbər verir ki, yığma Bosniya və Herseqovinada baş tutan matçda Monteneqro kollektivi ilə qarşılaşıb.
Görüş rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin yeganə qolunu 34-cü dəqiqədə Ayşən Salamzadə vurub.
Beləliklə, II qrupda keçirdiyi 3 oyundan ikisində uduzub, birində qalib gələn yığma seçmə mərhələni 3-cü pillədə başa vurub.