Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ana 15 yaşlı qızını kişi ilə tutdu: "Yataq otağında..." - Təfərrüat

Abşeron rayonunda 15 yaşlı qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunan Neftçala rayon sakini, 1986-cı il təvəllüdlü Taleh Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

RegionTV.info   bildirir ki, Taleh Bağırov Masazır qəsəbəsində "Bağçalı Evlər" yaşayış kompleksində 2005-ci il təvəllüdlü Südabə Əhmədovaya (ad və soyad şərtidir - red.) qarşı əxlaqsız hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Taleh Bağırovun barəsində Cinayət Məcəlləsiin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.

"İşıqları düzəltməyimi xahiş etdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Bağırov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, heç bir yerdə daimi işləməyib, tikintidə fəhləlilik edib: "2019-cu ilin yanvarından dekabr ayına kimi Masazır qəsəbəsində yerləşən Qurtuluş-93 yaşayış kompleksində yeni binalarda fəhlə kimi işləmişəm.

Təxminən noyabr ayının əvvəllərində axşam saatlarında işdən çıxaraq evə gedərkən əvvəllər tanımadığım, sonradan adının Südabə olduğunu bildiyim şəxs mənə küçədə yaxınlaşdı, zəng vurmaq üçün telefon lazım olduğunu bildirdi.

İstifadəmdə olan mobil telefonu həmin şəxsə verdim. Südabə mənim telefonumla kiməsə zəng vurdu, təxminən 2-3 dəqiqə danışdı. Südabənin telefonla danışıb qurtardıqdan sonra mənə anasının hazırda xəstəxanada olduğunu, evdə tək qaldığını və evlərinin işıqlarının yanmadığını bildirdi. Məndən işıqları düzəltməyimi xahiş etdi".

"Eyvandan küçəyə tullandım"

Taleh Bağırovun sözlərinə görə, Südabə ilə birlikdə Bağçalı yaşayış kompleksində üç mərtəbəli binanın birinci mərtəbəsində yerləşən evə gedib: "Südabə mənzilin giriş qapısını açarla açdı, içəriyə daxil oldu. Mətbəxə gedərək oradan şam yandırdı, dəhlizə tərəf gətirdi. Mən isə işıqları düzəltmək istədim, amma düzəldə bilmədim. Təxminən beş dəqiqə sonra evin qapısı döyüldü.

Qapını açmaq istəyərkən Südabə qapını döyən şəxsin anasının olduğunu gördü, məndən gizlənməyimi tələb etdi. Bu sözlərdən sonra qorxdum və hadisənin qurama olduğunu başa düşdüm. Evdən çıxmağa yer axtardım. Evin qapısı açıldı, kiminsə içəriyə girdiyini hiss etdim.

Sonra qorxumdan evin eyvanında olan plastik pəncərədən küçəyə tullandım, qaçaraq getdim".

"Məni şərləməməyi xahiş etdim"

Taleh Bağırovun ifadəsinə görə, təxminən 5-6 gün keçdikdən sonra onun istifadəsində olan mobil telefona yadında qalmayan nömrədən zəng gəlib: "Zəng edən özünü Südabənin anası kimi təqdim etdi. Qadın evdə olmadığı vaxt Südabənin yaşadığı evə zorla keçərək, azyaşlı qızı ilə cinsi əlaqədə olduğumu bildirdi, polisə şikayət etməməyim müqabilində məndən pul istədi.

Südabənin anasına qızını əvvəllər tanımadığımı, Südabə ilə heç bir münasibətim olmadığını, heç vaxt Südabəyə qarşı seksual hərəkətlər etmədiyimi, cinsi əlaqədə olmadığımı bildirdim. Südabənin anasından məni şərləməməyi xahiş etdim".

Taleh Bağırov bildirib ki, özünü Südabənin anası kimi təqdim edən şəxs onun ünvanına söyüşlər söyüb, tutduracağını bildirib: "Bundan sonra Südabənin ailəsi ilə maraqlandım. Südabə və anasının bir neçə dəfə adlarını bilmədiyim şəxsləri şərlədikləri, tutdurduqları məlum oldu. Hətta bir nəfər onların əlindən Rusiyaya qaçaraq gedib. Mənə zərərçəkmiş şəxs tərəfindən şər-böhtan atılıb".

"Anamın təhriki ilə ifadə vermişəm"

Cinayət işi üzrə məhkəmədə zərərçəkmiş qismində ifadə verən Südabə Əhmədova bildirib ki, Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksində yerləşən 4 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir:

"Təqsirləndirilən şəxslə heç bir yaxınlığım olmayıb. Anamın təhriki ilə polis idarəsində ona qarşı şikayət edib, izahat vermişəm. Həmin hadisədən sonra mənə mənəvi cəhətdən dayaq duran İlqarın evində yaşayıram.

O, avtobus sürücüsüdür, hər problemimlə məşğul olur. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayətim yoxdur".

"İnandım, tanış olduq..."

Məhkəmədə Südabə Əhmədovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi araşdırlıb. O, həmin ifadəsində göstərib ki, təxminən bir il öncə oxuduğu məktəbdən evə gələrkən və dayanacaqda sinif yoldaşları ilə söhbət edərkən adını bilmədiyi 20-25 yaşlı bir kişi ona yaxınlaşıb: "Həmin kişi mənimlə tanış və dost olmaq istədiyini bildirdi. Ona etiraz etdim, tanımadığım adamla tanış olmadığımı bildirdim, yaşadığım evə getdim.

Həmin şəxs 2-3 dəfə dalımca düşdü, israrla mənimlə tanış olmaq istədiyini bildirdi. Mən də ona inandım, tanış olduq. Adının Taleh olduğunu dedi. Mən də ona yalandan adımın Sara olduğunu bildirdim".

"Dedi, evdə söhbət edək"

Südabə Əhmədova qeyd edib ki, Taleh bir neçə dəfə onu məktəbdən evə, evdən məktəbə avtobusla ötürüb, yol boyu söhbət ediblər: "Söhbət vaxtı Taleh məndən yaşımı soruşanda, ona yaşımı demədim, lakin 8-ci sinifdə oxuduğumu bildirdim. Həmin gündən Taleh arxamca düşdü, yaşadığım evin ünvanını öyrəndi.

Bir dəfə Taleh mənim arxamca düşəndə ona evdə oturaraq dost kimi söhbət etməyi xahiş etdi. Birinci dəfə evə gələndə onunla oturaraq söhbət etdik. Subay olduğunu, Bakı şəhərində qaldığını bildirdi. Məndən xoşu gəldiyini dedi və mənə qarşı heç bir hərəkətlər etmədi".

"Köynəyini əynindən çıxardı, tərifləməyə başladı"

Südabə Əhmədovanın ifadəsinə görə, təxminən bir həftə sonra Taleh yenidən onun arxasına düşüb:

"Bizə gələcəyini, ona görə də qapını açıq saxlamağımı bildirdi. Səhər saatlarında yaşadığım evə gəldi, mənimlə bir az söhbət etdi. Amma mənə qarşı heç bir hərəkət etmədi.
Ətraflı

Təxminən bir həftə sonra Taleh yenidən eyni qaydada yaşadığım evə gəldi, mənimlə söhbət etdi. Evin hər tərəfini gözdən keçirdi, sonra köynəyini əynindən çıxardı, məni tərifləməyə başladı. Mənə yaxınlaşaraq yataq otağında boynumdan və sinəmdən öpdü, əynimi soyunmağımı istədi. Əynimi soyunmadım, Taleh geyinərək getdi".

"Gəl, sənə 20 manat verim, cinsi əlaqədə olaq"

Südabə Əhmədova qeyd edib ki, bir həftə sonra məktəbdən qayıdanda Talehin məhlədə dayandığını görüb: "Talehin arxamca evə gəlməsi üçün qapını açıq saxladım. O, evə keçdi. Bir az mənimlə söhbət etdi. Yataq otağında boynumdan və sinəmdən öpdü. Dedi, gəl, sənə 20 manat verim, arxadan cinsi əlaqədə olaq. Talehə dedim ki, sənin pulun lazım deyil. O da üstümə gəlmədi, əynini geyinərək getdi.

Bir həftə sonra yenidən yaşadığım evə gəldi. Sinəmdən, boyunumdan öpdü, şalvarını və alt paltarını çıxardı. Talehi əlim ilə itələdim. Buna baxmayaraq, məni soyundurdu, yataq otağında divanın üzərinə uzatdı. Qeyri-təbii yolla mənimlə intim əlaqədə oldu. Mən hamama girəndə Taleh əynini geyinərək getdi".

Südabə Əhmədova bildirib ki, təxminən bir həftə sonra səhər saatlarında anası evdə olmayanda Taleh yaşadığı evin qapısının açıq olduğunu görüb və içəriyə daxil olub: "Yenə boynumdan və sinəmdən öpdü, məni soyundurdu, arxadan mənimlə cinsi əlaqədə oldu. Təxminən 5 dəqiqəyə yaxın intim əlaqədə olduq. Taleh bir həftədən bir, anam məni evdə tutana qədər yanıma gəlib, intim əlaqədə olmuşuq".

"Anam xəstəxnaya düşdü"

Südabə Əhmədovanın ifadəsinə görə, oktyabrın 2-də, günorta saat 14 radələrində məktəbdən evə gələrkən Talehin yaşadığı binanın blokunun qarşısında dayandığını görüb: "Blokun qabağında çoxlu sayda adam olduğunu gördüm. Qapını açıq saxlamadım, anamın işdən zəng vurmadığını gördüm, özüm anama zəng vurdum. Anamın telefonunun səsinin evdən gəldiyini eşitdim.

Səs gələn yerə getdikdə, telefonun yataq otağında çarpayının üzərində gördüm. Telefonu götürərək anamın iş yoldaşına zəng vurdum. Anamı soruşdum. İş yoldaşı anamın halının pisləşdiyini və işlədikləri institutda həkimin yanına düşdüyünü bildirdi.

Təxminən 10-15 dəqiqə keçdikdən sonra həmin xanımın nömrəsinə təkrar zəng vuraraq anamın gəlib-gəlmədiyini soruşdum. O, anamın təcili tibbi yardım avtomobili ilə Respublika Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə apardıqlarını bildirdi".

"Anamın yanına getdiyimi bildirdim"

Südabə Əhmədova qeyd edib ki, daha sonra xalası ona zəng vurub, hal-əhval soruşub: "Xalama anamın işdə halının pisləşdiyini, xəstəxanaya aparıldığını bildirdim.

Anamın yanına getmək üçün paltarlarımı dəyişdim, evdən çıxarkən Talehi blokun qarşısında gördüm. Məndən hara gedəcəyimi soruşdu. Anamın Respublika xəstəxanasında reanimasiya şöbəsində olduğunu və onun yanına getdiyimi bildirdim. Taleh məndən xəstəxananın yerinin tanıyıb-tanımadığımı soruşdu. Ona oranı tanımasam da, adamlardan soruşaraq gedəcəyimi bildirdim. Taleh mənə xəstəxananın yerini tanıdığını, mənə göstərə biləcəyini bildirdi.

Bir yerdə olduğumuzu kimsənin bilməməsi üçün Taleh mənə arxası ilə gəlməyimi xahiş etdi. Taleh evin yaxınlığından keçən 525 saylı sərnişin avtobusuna əyləşdi. Mən Talehdən kənarda oturdum və Şamaxinka adlanan yerdə birlikdə avtobusdan düşdük, oradan da 69 saylı sərnişin avtobusuna əyləşdik, 20 Yanvar metrostansiyasına getdik. Oradanda xəstəxanaya anamın yatdığı reanimasiya şöbəsinə getdik. Taleh məni xəstəxananın həyətində gözlədi.

Mən anamla görüşdüm. Anam mənə evə getməyimi, səhəri gün yanına gəlməyimi xahiş etdi. Anamla sağollaşaraq xəstəxanadan çölə çıxdım. Orada məni gözləyən Talehi gördüm".

"İşıqların söndüyünü bildirdim"

Südabə Əhmədova bildirib ki, saat təxminən 20 radələrində yaşadığı evə çatıb: "Evə daxil olduqda işıqların yanmadığını gördüm. Daha sonra bloka çıxdım, anama zəng vurmaq istədim. Talehin yaxınlıqda dayandığını gördüm, anama zəng vurmaq üçün onun telefonunu aldım.

Taleh mənə telefonunu verdi, anama zəng vurdum, evə çatdığımı, evin işıqlarının isə sönmüş olduğunu bildirdim. Anam da mənə kimin nömrəsindən zəng vurduğumu soruşdu. Yalandan tanımadığım xalanın telefonundan zəng vurduğumu bildirdim.

Anamla telefonla danışarkən uzaqdan Samirənin (ad şərti verilib - red.) yaşadığım evin qapısını döydüyünü gördüm. Qapını açan olmadığından sonuncu blokdan çölə çıxaraq məndən həyətdə neynədiyimi soruşdu. Samirəyə anamla telefonla danışdığımı bildirdim. Samirə məndən kimin telefonu ilə danışdığımı soruşdu. Sonuncuya dayımın telefonu ilə danışdığımı bildirdim".

"İntim əlaqəyə girmək istəyəndə qapı döyüldü"

Südabə Əhmədovanın ifadəsinə görə, bundan sonra Samirə ona telefonla danışdıqdan sonra evə getməyi tələb edib: "Talehə telefonu qaytararaq, onunla sağollaşdım. Taleh mənə "evdə təksənsə gəlim" sözlərini dedi. Mən razılaşmadım. Lakin evin qapısını açaraq içəriyə girəndə Taleh arxamca gəldi, qapını bağlayaraq açarları yerə atdı. Ev qaranlıq olduğundan şam axtararaq tapdım.

Şamları yandırıb, yataq otağında masanın üzərinə qoydum. Taleh mənim paltarlarımı soyundurdu. Dedi ki, heç kəsə, heç bir söz demə. Mənim sinəmdən, dodağımdan, boynumdan öpdü. İntim əlaqəyə girmək istəyən zaman qapı döyüldü.

Qapıya tərəf getdim və kim olduğunu soruşdum. Qapının biri tərəfindən Samirə səsini çıxartdıqda qapını açmaq istədim. Taleh isə mənim əlimdən tutaraq qapını açmamağımı tələb etdi".

"Mənə sürpriz olduğunu dedi"

Südabə Əhmədova bildirib ki, bundan sonra Taleh əynini geyinib: "Mən paltarımı tapa bilmədiyimdən qapıya tərəf getdim. Taleh isə ayaqqabılarını əlinə götürərək evin yataq otağına tərəf keçdi, dolabın içərisinə girdi. Qapını kimin döydüyünü soruşdum. Samirə də "mənəm, sənə yemək gətirmişəm" sözlərini dedi.

Qapını açdıqda Samirə mənə sürprizi olduğunu dedi və qapı arxasından anam çıxdı. Anam qışqıraraq "o, haradadır" deyə soruşdu. Samirə ilə anam tualetə tərəf baxdılar, tualetdə heç kimin olmadığını görüb, yatdığım otağa keçdilər. Orada da heç kimi tapmayanda anam yataq otağının qapısını açdı. Talehin ayaq üstə dayandığını gördü.

Taleh qorxusundan mətbəxə tərəf qaçdı, mətbəxdə olan əşyaları dağıdaraq eyvanın setkasını cırıb, küçəyə tullandı. Lakin ayaqqabıları evdə qaldı".

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Taleh Bağırov 10 ay müddətinə azadlıqdan məhrum edilib. Taleh Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də