Yaponiyanın “Nicovideo” kanalında Rusiya ilə mümkün müharibə haqda material hazırlanıb.
RegionTV.info verir ki, müəlliflər potensial münaqişədə kimin qalib gələcəyini müəyyənləşdirmək istəyiblər.
“Hyakuto” nəşrinin ekspertlərinin gəldiyi qənaətə əsasən, Yaponiya Rusiya ilə hərbi münaqişənin gedişində nəinki Kurili ala bilməyəcək, hətta şimaldakı Hokkaydo adasını da itirəcək.
“Adaların statusu məsələsində güc ssenarisi birmənalı şəkildə qəbuledilməzdir”, - ekspertlər bildirib.
Yapon oxucular isə şərhlərində Rusiyaya qarşı müharibənin əleyhinə olduqlarını və bunun ölkə üçün faciəvi olacağını yazıblar.
“Bəs adalar üçün təhlükə olduğu təqdirdə Rusiyanın nüvə silahından istifadə edə biləcəyini niyə düşünməyiblər”, - oxuculardan biri yazıb.
Xəbəri paylaş