Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zelenski aktyor Orlando Blum ilə görüşüb - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı aktyor, UNİCEF-in xoşməramlı səfiri Orlando Blum ilə görüşüb.

RegionTV.info-nun xəbərinə görə, bu barədə Ukrayna Prezident Administrasiyasının saytı məlumat yayıb.

Bloom və Zelenski xüsusilə uşaqların maraqlarını təmin edən humanitar yardım və bərpa layihələrini müzakirə ediblər.

Prioritetlər sırasında valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə qayğısı sisteminin inkişafı, erkən yaşlarda uşaqların inkişafı üçün infrastrukturun inkişafı, həmçinin gənclər üçün layihələrin və startapların yaradılması daxildir.

Blum Zelenski ilə görüşdə qeyd edib ki, müharibəyə baxmayaraq, güclü olan ukraynalıların cəsarəti və möhkəmliyi onu heyran edib.

Ukrayna Prezidenti öz növbəsində Orlando Bluma Ukraynaya səfərinə və UNICEF-in xoşməramlı səfiri kimi fəaliyyətinə görə təşəkkür edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də