Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Oruc tutanlar üçün VACİB MƏLUMAT - İmsakda və iftarda bunlara əməl edin

Müqəddsə Ramazan ayında bir çox insanlar oruc tutur və digər ibadətlərini yerinə yetirirlər.

RegionTV.info  xəbər verir ki, oruc tutan şəxslər qidalanma qaydalarına xüsusi diqqət etməlidir.

Qida rasionu elə tənzimlənməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq ciddi problemə çevrilməsin. İmsak edən zaman tərkibində maye olan yeməklərə üstünlük verilməlidir.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova hesab edir ki, imsakda düzgün qidalanaraq gün ərzində həm su, həm də enerji balansını qorumaq lazımdır: "İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, həmçinin qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan çox istifadə edilməlidir. İmsakda yulaf, süd məhsulları və yumurtadan hazırlanan qidalardan istifadə edilməsi toxluq hissinin uzadılmasına səbəb olur”.

Oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılması və bədənin enerji dəyərinin yüksək saxlanılmasına çalışmaq lazımdır. İftarda isə daha çox yüngül qidalara üstünlük verilməlidir. Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitaminli, mineralların bol olduğu qidalar isə artırılmalıdır.

Həkim-diyetoloq Sevinc Həsənzadə iftarda qidalanma qaydaları barədə deyib: “İftarda yeməklər iki hissəyə bölünür. İlk növbədə sulu yeməyə üstünlük verilməlidir. Əsas yeməyə keçərkən salatlardan çox istifadə edilməlidir, çünki göyərtilərin tərkibində liflər var. Liflər əti ən tez həzm edən və parçalayan məhsul sayılır. Suyu isə əsas yeməkdən sonra, gün ərzində hər 1 saatdan bir içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun”.

İftarda mədəni çox yükləmək olmaz, eyni zamanda iftardan sonra mütləq şəkildə ən azı 1 saat hərəkətdə olmaq, yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır ki, bu da həzm prosesinin sürətlənməsi, yorğunluq hissinin aradan qaldırılması, xüsusilə də yuxu rejiminin normallaşması üçün vacibdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də