Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qurban Qurbanov "Qalatasaray"la oyuna daha bir futbolçu dəvət etdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la bu gün keçiriləcək xeyriyyə məqsədli yoldaşlıq görüşünə başqa klubdan daha bir oyunçu dəvət edib.

RegionTV.info  xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidmətindən veriblər.

Bu, “Zirə”nin hücumçusu Hamidu Keytadır. 28 yaşlı fransalı oyunçunun bugünkü matçda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl bu görüşə “Zirə”dən Anar Nəzirov və Donald Gerye, “Şamaxı”dan isə Rauf Hüseynli və Nihad Quliyev də dəvət almışdı. Qurban Qurbanov futbolçularının çoxunun milli komandalarda, bəzilərinin zədəli olması səbəbindən belə qərar verib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - “Qalatasaray” görüşü yerli vaxtla saat 20:00-da başlanacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də