Filippinin Masbate adasının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanların episentri San-Hasinto şəhərindən 12 km cənub-şərqdə, ocağı isə 300 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib.