ABŞ prezidenti Cozef Bayden tornado ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edib.
RegionTV.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"ABŞ prezidenti Cozef Bayden bazar günü Missisipi ştatında ən azı 25, Alabamada isə bir nəfərin ölümünə səbəb olan güclü qasırğadan sonra fövqəladə vəziyyət elan edib", - deyə məlumatda deyilir.