Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan XİN Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırdı

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa hökumətini ölkədə konstitusion hüquqlara hörmət etməyə çağırıb.

RegionTV.info  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransada etiraz aksiyaları ilə bağlı yerli mətbuatın sualına cavabında bildirib.

“Fransada Prezident Emmanuel Makronun qərarı ilə əlaqədar əhalinin etirazlarına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həddindən artıq və qeyri-proporsional güc tətbiqini, bəzi hallarda etirazçılara qarşı qeyri-insani davranışları pisləyirik. Fransa hökumətini ölkədə fikir və sərbəst toplaşma azadlığı, dinc etiraz hüququ kimi konstitusion hüquqlara hörmət etməyə çağırırıq.

Hesab edirik ki, Avropa Şurası və beynəlxalq insan hüquqları təşkilatları Fransada aşırı zorakılıq hallarının araşdırılması və bu ölkənin öhdəlikləri çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb etməlidir”, - XİN rəsmisi deyib.

Qeyd edək ki, son günlərdə Fransa Prezidenti Emmanuel Makronun bu ölkədə qanunvericiliyə dəyişikliklər qərarı ilə bağlı etirazçılara qarşı hüquq-mühafizə orqanları tərəfindən geniş şəkildə güc tətbiq olunmaqdadır. Bu zorakılıq Avropa Şurası, “Amnesty International” və bir çox digər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən pislənib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də