Sabah ramazan ayının beşinci günüdür.
RegionTV.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 27-si imsak vaxtı saat 05:07-də, iftar vaxtı isə 19:13-dədir.
Martın 27-si üçün namaz vaxtları:
Sübh azanı - 05:12Zöhr azanı - 12:46
Əsr azanı - 17:10Məğrib azanı - 19:13
İşa azanı - 20:15
Ramazan ayının 5-ci gününün duası
Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər- rahimin.
Tərcüməsi:
İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!
Allah orucunuzu qəbul eləsin!