Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qalatasaray” “Qarabağ”la oyunda qalib gəldi - YENİLƏNİB

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib.

RegionTV.info  xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

***21:48

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən xeyriyyə oyununda növbəti qol vurulub.

RegionTV.info  xəbər verir ki, 87-ci dəqiqədə İstanbul təmsilçisinin argentinalı hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib.

***21:07

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə start götürüb.

***20:49

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

RegionTV.info  xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

***20:23

Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab bərabərləşib.

RegionTV.info  xəbər verir ki, Redon Cica 18-ci dəqiqədə fərqlənib.

***20:07

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

BAKU.WS xəbər verir ki, 4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***20:02

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında yoldaşlıq oyunu başlayıb.

RegionTV.info  xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.

***19:19

Bakıda xeyriyyə oyununda üz-üzə gələcək "Qarabağ" və Türkiyə "Qalatasaray"ının start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 41. Anar Nəzirov, 94. Ayhan Arazlı, 21. Rauf Hüseynli, 83. Nihad Quliyev, 22. İsmayıl İbrahimli, 83. Nəriman Axundzadə, 17. Hamidu Keyta
Baş məşqçi: Qurban Qurbanov

"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir
Ehtiyat oyunçular: 12. Atakan Ordu, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy, 5. Lukas Torreyra, 6. Fredrik Midtşö, 22. Berkan Kutlu, 59. Caner Doğan, 64. Xuan Mata, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi
Baş məşqçi: Okan Buruk

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də