RegionTV.info
Martın 25-i saat 20 radələrində paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1974-cü il təvəllüdlü Dəyanət Cəfərovun üzərində müxtəlif xəsarət izləri olan meyitinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, ilkin araşdırma zamanı 1989-cu il təvəllüdlü Şahin Quliyevin martın 24-ü günorta saatlarında Dəyanət Cəfərovu döyərək ağır xəsarət yetirməsi və zərərçəkmiş şəxsin həmin xəsarət nəticəsində növbəti gün ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa vurulmuş ağır zərərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb.
Şahin Quliyev iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir
***08:55
Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cü il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.