Bakıda intihar hadisəsi olub.
RegionTV.info xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında baş verib. 50 yaşlı Rəhimov Rasim Həsən oğlu qüllənin yanındakı estakadada özünü dənizə ataraq, həyatına son qoyub.
İntiharın səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.