Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-də fabrikdə partlayış: 2 nəfər öldü, 9 nəfər itkin düşdü - VİDEO

ABŞ-nin Pensilvaniya ştatında güclü partlayış baş verib. 

RegionTV.info  xəbər verir ki, Uest-Reading şəhərində yaşanan bədbəxt hadisə "R.M. Palmer Company" şirkətinin şokolad fabrikində qeydə alınıb. 

Şahidlər fabrikdən gələn partlayış səsini eşitdiklərini və qısa müddət sonra alov gördüklərini bildiriblər.

Partlayış baş verən ünvana yanğınsöndürənlər cəlb edilib. Hadisə nəticəsində ətrafdakı yaşayış binasına ziyan dəyib. Güclü partlayışda 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Uest-Reading polisinin məlumatına görə, 9 sakin itkin düşüb. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də