Türkiyədə zəlzələ baş verib.
RegionTV.info xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Agentlik (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 07:39-da Kahramanmaraş vilayətinin Ekinözü rayonunda 4.5 bal gücündə qeydə alınıb.
Zəlzələ ocağı yerin 7 kilometr dərinliyində yerləşib.