Sabah ramazan ayının üçüncü günüdür.
RegionTV.info xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 25-də imsak vaxtı saat 05:11-də, iftar vaxtı isə 19:11-dədir.
Martın 25-i üçün namaz vaxtları:
Sübh azanı - 05:16
Zöhr azanı - 12:47
Əsr azanı - 17:09
Məğrib azanı - 19:11
İşa azanı - 20:13
3-cü gününün duası:
Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.
Tərcüməsi:
İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!
Allah orucunuzu qəbul etsin!