Estoniya rusiyalı diplomatı ölkədən çıxarır.
RegionTV.info xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, həmən diplomat martın 29-dək ölkəni tərk etməlidir.
Tallinn iddia edir ki, ölkədən çıxarılası diplomat birbaşa və fəal şəkildə Estoniyanın təhlükəsizliyinə və konstitusiya quruluşuna zərbə vurub.
"Rusiyalı diplomat Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını pozub. Buna görə də martın 29-dək Estoniyanı tərk etməlidir", - məlumatda bildirilib.