İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhəri bölgəsində 5,6 maqnitudalı zəlzələ olub.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 7 km dərinlikdə olub. Hadisə Bakı vaxtı ilə 07:16-da qeydə alınıb.
“Report”un Naxçıvan bürosunun məlumatına görə, təbitə hadisəsi Naxçıvan Muxtar Respublikasında da hiss olunub.