Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Almaniyanın XİN başçısı Gürcüstanda səfərdədir

Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

RegionTV.info  xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində


məlumat verilib.

Bildirilib ki, almaniyalı diplomatı hava limanında Gürcüstan XİN başçısının müavini Xatuna Totladze qarşılayıb.

Ölkəyə səfəri çərçivəsində Almaniyanın baş diplomatı hökumət başçısı İrakli Qaribaşvili və Prezident Salome Zurabişvili ilə görüşəcək. A. Barbek həmçinin təmas xəttinə yollanacaq, oradakı durumla tanış olacaq.

Qeyd olunub ki, bu, Annalena Berbokun Gürcüstana ilk rəsmi səfəridir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də