“Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb”.
RegionTV.info xəbər verir ki, o, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sullarını cavablandırarkən bildirib.
O qeyd edib ki, Ermənistan mətbuatının yaydığı xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir:
“Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü 15 mart tarixində olub”.