Ukraynanın işğal olunmuş Krım yarımadasının Qruşevka kəndində mobil rabitə qülləsində Ukrayna bayrağı ucaldılıb.
RegionTV.info xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığının polkovniki Vladislav Nazarov teleqramda paylaşım edib.
O, bildirib ki, tezliklə bu cür hadisələr ukraynalıları təəccübləndirməyəcək:
“Krım bizi gözləyir, vətəndaşlarımız bizi gözləyir və biz fəal şəkildə evə qayıtmağa hazırlaşırıq!”, - o əlavə edib.