Finlandiya Prezidenti Sauli Niinistö ölkəsinin NATO-ya daxil olması haqqındakı qanunları qəbul edib.
RegionTV.info xəbər verir ki, bu qanunlar martın 1-də Finlandiya parlamenti tərəfindən təsdiqlənib.
Finlandiyanın alyansa daxil olması NATO-ya üzv olan bütün ölkələr tərəfindən ratifikasiya edilməlidir, ardınca isə təşkilatın baş katibi Finlandiyanı NATO-ya üzv olmağa dəvət edəcək.
Ölkə hökuməti qeyd edib ki, Finlandiya “mümkün qədər tez” İsveçlə eyni vaxtda NATO-ya daxil olmaq niyyətindədir.