RegionTV.info
Bu gün Xalq Yazıçı İsmayıl Şıxlının doğum günüdür.
İsmayıl Şıxlı Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır.
Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı onun nəsrinə xas olan səciyyəvi cəhətlərdir.
O, “Yetər Aslanova” (1949), “Kerç sularında” (1950), “Dağlar səslənir” (1951), “Daşkəsən” (1953), “Ayrılan yollar” (1957), “Dəli Kür” (1983), “Məni itirməyin” (1984), “Cəbhə yolları” (1985) və s. əsərlərinin müəllifidir.
İsmayıl Şıxlının bir neçə əsərlərinə filmlər (“Dəli Kür” (film, 1969), “Xalq şairi Səməd Vurğun” (film, 1969), “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” (film, 1976) və s.) çəkilib.
Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb.