Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
RegionTV.info xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.
Onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
*** Qurumdan BUTA-nın sorğusuna cavab olaraq bildirilib ki, avtomobili idarə edə sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub:
"Nəyicədə onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxaya yerləşdirilib".
Qeyd edək ki, Oqtay Əliyev yaxın zamanlarda ürək əməliyyatı keçirib.