RegionTV.info
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Çili Prezidenti Qabriel Boriç arasında telefon danışığı olub.
Bu barədə Ukrayna mətbuatından bildirilib.
"İndicə Çili Prezidenti ilə danışdım, yaxşı söhbət oldu. Biz dövlətlərimizin beynəlxalq münasibətlərdəki mövcud vəziyyətə baxışını yenilədik", - Zelenski bildirib.
"Mən cənab Prezidentə Rusiyanın aqressiyasını necə davam etdirdiyi barədə məlumat verdim. Rusiya terroruna necə qarşı çıxa, uğurla mübarizə apara biləcəyimiz barədə də məlumat verdim. Bunun ən yaxşı sübutu bizim təcrübəmizdir. Rusiya işğalçılarını qovmaqda ukraynalılar artıq təcrübə əldə ediblər", - o qeyd edib.