Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Parisdə etirazların fəsadları ilə mübarizə üçün Böhran Qərargahı fəaliyyətə başlayıb

Fransanın paytaxtı Parisin meriyası pensiya islahatlarına qarşı davam edən etiraz hərəkatının nəticələri ilə mübarizə aparmaq üçün böhran qərargahının açıldığını elan edib.

RegionTV.info  xəbər verir ki, bu barədə Fransa paytaxtının meriyasından bildirilib.

Qeyd olunur ki, mövcud konteksti nəzərə alaraq, şəhər bələdiyyəsi böhran qərargahının işinə başlamaq qərarına gəlib.

Vurğulanır ki, iclaslar gündəlik təşkil olunacaq, qərargahın işi “tələb olunan tədbirləri müəyyən etmək və onların prioritetlərini aydınlaşdırmaq, habelə bələdiyyə xidmətlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün zəruri qərarların qəbulu” imkanı verəcək.

Meriya vurğulayıb ki, Paris meri Ann İdalqo vətəndaşları sakitliyə, hökuməti isə islahatları geri götürməyə və dialoqa girməyə çağırır.

Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçən pensiya islahatını təsdiqləyib. Belə bir qərarın təşəbbüskarı ölkə prezidenti adlanır. Pensiya islahatları fonunda Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Sənəd pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də