ABŞ dövlət katibinin beynəlxalq təşkilatlarla iş üzrə köməkçisi Mişel Sison martın 29-da Azərbaycana səfər edəcək.
RegionTV.info xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, M.Sison Azərbaycandan başqa Madaqaskar, Cənubi Afrika, Mavriki, Monqolustan, Vyetnam, Tailand və Laosa da səfərlər edəcək.
Səfərlər martın 22-dən aprelin 7-dək davam edəcək.
M.Sison səfərlər zamanı keçirəcəyi görüşlərdə çoxtərəfli əməkdaşlıq, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və bir sıra digər vacib məsələləri müzakirə edəcək.