Kosta-Rikada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
RegionTV.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 7,8 min əhalisi olan Kepos şəhərindən 11 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntılar barədə məlumat verilməyib.