Xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib.
RegionTV.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” adlı
Beynəlxalq Donorlar Konfransında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.