
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.
Zastavanın açılışında DSX-nın rəis müavinləri - general-leytenant İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.
Daha sonra dövlət himnimizin sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.
"Bartaz” sərhəd zastavasında üçrəngli bayrağımız qaldırılıb.


