Hatayın Ərzin bölgəsinin İsalı məhəlləsində yaşayan qadın zəlzələ olduğunu zənn edib və özünü yaşadığı binadan atıb.
RegionTV.info xəbər verir ki, gecə vaxtı yuxudan oyanan Ayşe Gülhan Çeler "zəlzələ olur" deyərək oyanıb və ikinci mərtəbədən özünü atıb. Nəticədə qadın vəfat edib.
38 yaşlı qadının Türkiyədə baş verən güclü zəlzələdən sonra davamlı olaraq qorxu içində yaşadığı və belə bir addım atdığı bildirilib.