Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cəlilabadda 8 aylıq hamilə qadın öldü

Cəlilabad rayonunda 8 aylıq hamilə qadın ölüb.

RegionTV.info-nun məlumatına görə, halı pisləşən rayon sakini, K.Qənbərova rayon xəstəxanasına gətirilib.

Lakin onun artıq öldüyü məlum olub.

Qadının ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də