Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vəkili Rəşad Dağlı barədə ilk dəfə açıqlama verdi

"Vəkili olduğum şəxslərin içərisində Rəşad bir başqadır. Sakit təbiətli, tərbiyyəli, əxlaqlı oğlandır Rəşad".

RegionTV.info  xəbər verir ki, bunu hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlınını vəkili Elvin Əliyev sosial şəbəkə hesabında yazıb.

"Milli və mənəvi dəyərlərə qiymət verən, dövlətini, Azərbaycan xalqını hədsiz sevən biridir. Şəhid ailələrinə, qazilərə daima diqqət və qayğı göstərir. Hazırda istintaq təcridxanasında olmasına baxmayaraq, yenə də şəhid ailələri və qazilərlə maraqlanır, diqqətini göstərir. Dövlətinə düşmənçilik mövqeyi nümayiş elətdirənlərin gözünün içinə baxan, dövlətinin müdafiəsi üçün sözünü əsirgəmiyən, vətən sevgisini hər fürsətdə dilə gətirən oğullardandır Rəşad.

Rəşad həmin oğuldur ki, cəmiyyətin sevgisini və rəğbət qazanıb. Onun uşaqlarına verdiyi tərbiyə, ailəsinə bağlılığı, böyükləriylə rəfdarı aldığı tərbiyyənin, onun qanacağının danılmaz bariz nümunəsidir. Hər kəslə subardinasiya qaydalarını gözləyən, heç kəsi incitməmək, xətrinə dəyməmək üçün əlindən gələni edəcək xarakterə sahibdir Rəşad. Çox söz yazmaq olar Rəşad barəsində, ancaq qisa onu deyirəm ki, Rəşadı tanımağa dəyər".

Xatırladaq ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisə noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də