Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə Şəhər Psixiatriya Xəstəxanasında Novruz Bayramı münasibətilə tədbir təşkil olunub - FOTO

RegionTV.info

16 mart 2023-cü il tarixində Gəncə Şəhər Psixiatriya Xəstəxanasının təşkilatçılığı ilə xəstəxanada müalicə alan pasiyentlər üçün Novruz Bayramı keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, xəstəxananın baş həkimi Elmira Mirzəyevə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xəstəxanada ambulator və stasionar müalicə alan müharibə iştirakçıları və tibb işçiləri iştirak ediblər.
Niyazi Bayramov xəstəxananın kollektivini və pasiyentləri Novruz Bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı arzulayıb.

Daha sonra xəstəxanada əmək terapiyasına cəlb edilən pasiyentlərin 44 günlük Vətən müharibəsinə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olunub. Həmçinin tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs ediblər.

Tədbir bayram süfrəsi arxasında davam edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də