RegionTV.info
"Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək".
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində xalqa müraciətində söyləyib.
Dövlət başçısı bildirib ki, bizim həm gücümüz, həm dostlarımız, dünyada güclü mövqelərimiz və güclü iradəmiz var: "Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik".