Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moskvada Novruz bayramı qeyd olunub - FOTO

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Novruz bayramı qeyd olunub.

RegionTV.info  xəbər verir ki, tədbir pavilyonun rəhbərliyi tərəfindən təşkil olunub.

Qonaqlara Azərbaycanda Novruz bayramının keçirilməsi ənənələri barədə məlumat verilib.

Təşkilatçılar ənənəvi bayram şirniyyatlarının bəzədilməsi və Azərbaycanın xalq rəqsləri üzrə ustad dərsləri keçiriblər.

Qonaqlar üçün yerli və beynəlxalq rəqs müsabiqələrinin qaliblərinin ifasında rəqs proqramı təşkil olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də