Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan İranla sərhəddə əməliyyat keçirdi, saxlanılanlar var - FOTO

RegionTV.info

Mart ayının 18-i saat 03:40-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa” markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün saxlanılıb.

Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri - Ələkbərov Nicat Hatəm oğlu, Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən edilib. Avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də