Bu gün səhər saatlarından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq müşahidə olunub.
RegionTV.info-nun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub.
“Saat 06:10-dan Dövlət Sərhəd Xidmətinin sistemi donub. Yüzlərlə insan çarəsiz qalıb. Heç kim neytral əraziyə buraxılmır. Sistemin donması uzun növbələrə və narazılığa səbəb olub”, - deyə şikayətçi bildirib.
Saatlarla sistemin donmasının davam etməsinə baxmayaraq, sərnişinlərə heç bir melumat verilmir. Bununla yanaşı, təyyarə reyslərində də gecikmələr baş verir.