Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Xalq Artisti Natəvan Şeyxovanın 78 yaşı tamam oldu

Bu gün Xalq Artisti Natəvan Şeyxovanın 78 yaşı tamam olur. 

RegionTV.info  xəbər verir ki, Natəvan Şua qızı Şeyxova 1945-ci ilin məhs bu günü yəni, martın 18-i Bakıda anadan olub. 

Natəvan 1963-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında “Solo oxuma” kafedrasında təhsil alıb.

1994-cü ildən “Solo oxuma” kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır.

Natəvan Şeyxova özünü aktrisa kimi də sınayıb. O, "Onun böyük ürəyi" filmində Lalə obrazını yaradıb. 

Sənətçi 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2006-cı ildə Xalq Artisti adına layiq görülüb. 

Xalq Artisti 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 

Natəvan Şeyxova aktyor Ramiz Şeyxovun bacısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadənin isə həyat yoldaşıdır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də