Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.
RegionTV.info xəbər verir ki, bu barədə Slovakiyanın TASR informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, Slovakiyanın müdafiə naziri vəzifəsini icra edən Yaroslav Nad Ukraynanın Bratislavadakı səfiri Miroslav Kastran ilə respublikanın Kiyevə 13 ədəd “MiQ-29” qırıcı təyyarəsinin bağışlanmasına dair hökumətlərarası saziş imzalayıb.
Slovakiya tərəfi həmçinin Ukraynaya iki hava hücumundan müdafiə sistemi “Kub” təhvil verəcək.