İranın Kirmanşah əyalətinin Nosud sərhəd bölgəsində belində yük daşıyan 14 yaşlı oğlan sərhədçilər tərəfindən güllələnib.
RegionTV.info xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Xatırladaq ki, İranın dağlıq sərhədyanı bölgələrində yaşayan vətəndaşlar dolanışıq xərclərini ödəmək üçün qonşu ölkələrdən qaçaq yolla yanacaq və ərzaq daşıyırlar.