RegionTV.info məlumata əsasən, bu suallara tibb professoru Adil Qeybulla cavab verib.
Onun sözlərinə görə, yoluxanların sayı bu templə azalmağa doğru gedərsə, ola bilər ki, karantin rejimində müəyyən yumşalmalara gedilsin:
“Əlbəttə, bunun üçün gündəlik yoluxmaların sayında azalma dinamikasının davamlı olması vacibdir. Eyni zamanda vaksinasiyanın da başlanılması gözlənilir. Əlbəttə, vaksinasiyanın nəticəsini qısa müddət ərzində görmək mümkün deyil. Ən azı 42 gün immunitetin formalaşması üçün zaman lazımdır.
Vaksinasiyadan əlavə gələcək immunitetin formalaşması və gündəlik yoluxanların sayındakı azalma tendensiyasının davam etməsi, sərt karantin rejiminin yumşalmasına, o cümlədən “SMS icazə”nin ləğv edilməsinə gətirib çıxara bilər. Hər şey mövcud vəziyyətdən asılı olacaq”.