RegionTV.info
"Aytacın səhhəti stabil olaraq qalıb. Növbəti 48 saat ərazində biləcəyik ki, artıq vəziyyəti necədir. Bəziləri deyir ki, o, komadadır. Amma komada deyil. Həkimlər özləri onu yatırdırlar ki, həyəcan keçirtməsin. Belə olanda həmin dəqiqə təzyiqi yüksəlir və beyninə qan sızır".
Bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.
Ötən gün qəza keçirən köməkçisi Aytac Bayramzadənin səhhətindən danışan Fatimə onun kəllə sümüyünün çatladığını bildirib:
"Bu dəqiqə onun beynindəki mayeni saxlamaq üçün həkimlər əlindən gələni edir. Hər birinə təşəkkür edirəm. Ümidimiz birinci Allaha, sonra da yaxşı həkimlərimizədir. Aytac çox gəncdir. Hələ nə görüb ki, həyatda... İnşallah yaxşı olsun və tez zamanda özünə gəlsin. Amma onun yenidən həyata adaptasiya olması uzun çəkəcək. Çünki bu beyindir. Həm travması var, həm də kəllə sümüyündə çat var".
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Bayramzadə Aytac Xalis qızı Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Aytac 5 ildir ki rəqqasə Fatimə Fətəliyeva ilə çalışır.